Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının imzinati binasında Milli Məclisin deputatı Müşfiq Məmmədli seçiciləri qəbul edib.
“İki sahil” xəbər verir ki, qəbulda həmçinin Abşeron Xızı regional Məşğulluq İdarəsinin müdir müavini Fərrux İlyasov da iştirak edib.
Qəbula gələn vətəndaşlar məşğulluqla yanaşı kommunal, sağlamlıq və digər sahələr üzrə müraciətlər ediblər. Bir neçə məsələ yerindəcə həllini tapıb.
Millət vəkilinin səlahiyyətlərinə aid olan məsələlər nəzarətə götürülüb və həlli üçün müvafiq addımlar atılması üçün qeydiyyata alınıb.
Vətəndaş məmnuniyyətini təmin etmək üçün deputat və aidiyyəti qurumun birgə qəbul keçirməsi effektiv nəticə verir.
Prezident İlham Əliyev: Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətlə və uğurla inkişaf etməsi məmnunluq doğurur
Hikmət Hacyev: ABŞ-dakı bütün dostlarımızı və həmkarlarımızı ürəkdən təbrik edirik