“Azərbaycanla Ermənistan arasında baş verən son hadisələr tarixi proseslərdir”.
Bu sözləri ATƏT-in keçmiş Minsk qrupunun amerikalı həmsədri, Xəzər Siyasət Mərkəzinin İdarə heyətinin sədri Riçard Hoqland deyib.
O, 30 ildən çox müddət keçdikdən sonra regionda bu proseslərin baş verməsinə sevindiyini bildirib. “Əlbəttə ki, insanlar əziyyət çəkib, lakin uzunmüddətli perspektivdə yeni münasibətlər, yeni müsbət əlaqələr qurulacaq. İnsanlar ticarət əlaqələrinin artması səbəbindən daha yaxşı yaşayacaqlar. Bu, çox müsbət irəliləyişdir. Arzu edirəm ki, Azərbaycan və Ermənistan Türkiyə ilə birlikdə tam uğur əldə edənə kimi bu yeni əlaqələri qurmağa davam etsinlər”.
AZƏRTAC
Hikmət Hacyev: ABŞ-dakı bütün dostlarımızı və həmkarlarımızı ürəkdən təbrik edirik
"Türk Dünyası Həftəsi"nin iştirakçıları qəbul etdikləri Xankəndi Bəyannaməsində İlham Əliyevə təşəkkür ediblər