22 may 2024 10:38
357

Səfir: Azərbaycan və Macarıstan münasibətləri geniş əməkdaşlıqla xarakterizə olunur

Azərbaycan və Macarıstan münasibətləri qarşılıqlı hörmət və anlaşmaya əsaslanan geniş spektrli əməkdaşlıq ilə xarakterizə olunur.

“İki sahil” xəbər verir ki, bunu Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma ADA Universitetində “COP29: İqlim üzrə fəaliyyət üçün imkanlar və çağırışlar. Avropa və regional perspektivlər” mövzusunda keçirilən tədbirdə deyib.