Bu ilin əvvəlindən Trans-Xəzər Nəqliyyat Dəhlizi (Orta Dəhliz) üzrə Çinin Sian Limanından göndərilən konteyner blok qatarların sayı 60-a çatıb.
“İki sahil” xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.
Bildirilir ki, 2024-cü ilin sonuna qədər Orta Dəhlizlə 250-yə yaxın konteyner blok qatarın göndərilməsi planlaşdırılır. Bununla yanaşı gələn aydan başlayaraq Sian limanı ilə yanaşı Lianyunqyanq limanından da Bakıya konteyner blok qatarların göndərilməsi həyata keçiriləcək.
ABB 12 ay faizsiz ödəniş imkanı yaradan “TamKart Max” kredit kartını təqdim etdi!