22 may 2024 17:32
446

“Commerzbank”dan GÜMÜŞ PROQNOZU

Bu gün dərc edilən hesabatda “Commerzbank” 2024-cü və 2025-ci illərin sonu üçün gümüş proqnozlarını artırıb.

Qızılın qiyməti...

“İki sahil” xəbər verir ki, “Commerzbank” 2024-cü ilin sonu üçün gümüş qiyməti proqnozunu 29 dollar/unsiyadan 30 dollar/unsiyaya yüksəldib. Qurumun, həmçinin 2025-ci ilin sonuna olan proqnozuna görə gümüşün qiyməti 31 dollar/unsiyadan 32 dollar/unsiyaya qədər artacaq.

Qeyd edək ki, “Commerzbank” qızılın qiymətinin 2024-cü ilin ikinci yarısında 2300 dollar/unsiyaya düşəcəyini proqnozlaşdırmışdı.