“İki sahil” xəbər verir ki, İlon Maskın sahibi olduğu “Tesla” avtomobil şirkəti Avropada ilin ikinci rübünə ləngimələrlə başlayıb. Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının çərşənbə günü verdiyi məlumata görə, “Tesla” aprel ayında cəmi 13 951 avtomobil satıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,3% azalma deməkdir. Bu, 2023-cü ilin yanvarından bəri ən pis göstəricidir.

Sessiyadan əvvəl “Tesla” səhmlərinin qiyməti 182,25 dollara düşüb, hazırda 1,95 faiz azalaraq 182,96 dollar təşkil edir.
ABB 12 ay faizsiz ödəniş imkanı yaradan “TamKart Max” kredit kartını təqdim etdi!