Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən növbəti valyuta hərracında 69,6 milyon ABŞ dolları satılıb.
Bu barədə “İki sahil”ə AMB-dən məlumat verilib.
Bildirilib ki, bu gün Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib: “Hərracda tələb 69,6 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub”.
Bu, daha öncə mayın 21-də keçirilən hərracda olan tələbatla müqayisədə 8,3 milyon ABŞ dollar və ya 10,6 % azdır.
Hərracın ortaçəkili məzənnəsi 1,7000 manat təşkil edib.
Qeyd edək ki, AMB-nin valyuta hərracı hər həftənin çərçənbə axşamı və cümə axşamları Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə baş tutur.
ABB 12 ay faizsiz ödəniş imkanı yaradan “TamKart Max” kredit kartını təqdim etdi!