Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 16 may 2024-cü il tarixli qərarı ilə “A-Solutions" və "United Payment" MMC-lərə elektron pul təşkilatı, “Token Azərbaycan” MMC-yə isə ödəniş təşkilatı kimi fəaliyyət göstərmək hüququ verən müddətsiz lisenziyalar təqdim olunub.
"İki sahil" bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, lisenziyalar “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanuna əsasən verilib. Hazıda lisenziya əldə etmək üçün müraciət etmiş digər təşkilatlar qiymətləndirilir.
Qeyri-neft ixracında yeni mərhələ: İqtisadi şaxələndirmə siyasəti real nəticələr verir
Əmtəə nişanlarından qanunsuz istifadənin qarşısının alınması ilə bağlı maarifləndirici görüş keçirilib