23 may 2024 17:34
499

Dolların kursu necə olacaq? - FED bu il faiz dərəcələrini...

“Goldman Sachs”ın baş direktoru Devid Solomon ABŞ Federal Ehtiyat Sisteminin (FED - Federal Ehtiyat Bankı ABŞ-ın mərkəzi bank sistemi olan Federal Ehtiyat Sisteminin regional bankıdır.) bu il faiz dərəcələrini aşağı salacağını gözləmədiyini bildirib.

“İki sahil” xəbər verir ki, D.Solomon Boston Kollecində keçirilən tədbirdə deyib: "Mən hələ də sıfır faiz endirimi nöqtəsindəyəm. Düşünürəm ki, biz daha yüksək inflyasiyaya hazırıq.”

D.Solomonun bu fikirləri FED-in bu il ən azı bir faiz azaldacağı ilə bağlı birja gözləntiləri ilə ziddiyyət təşkil edir.

D.Solomon təxminən 150 yüksək səviyyəli korporativ şirkət rəhbərlərdən və Boston Kolleci tələbələrindən ibarət auditoriyaya bildirib ki, o, ABŞ iqtisadiyyatının kifayət qədər güclü olduğuna əsaslı şəkildə inansa da, bütün amerikalılar artımı və ya inflyasiyanın təsirini eyni şəkildə hiss etmirlər.

"İnflyasiya sadəcə nominal deyil, kumulyativdir" deyən D.Solomon bir müddət əvvəl bir mağazalar şəbəkəsinin direktoru ilə keçirdiyi görüşə istinad edərək müştərilərin artan qiymətlər qarşısında alış-verişlərini azaltdıqlarını gördüyünü söyləyib.