“Azərbaycanla Dünya Bankı arasında tərəfdaşlıq hər iki tərəf üçün son dərəcə vacibdir”.
Bu sözləri Dünya Bankının icraçı direktoru Dominique Favre deyib.
Onun sözlərinə görə, tərəflər arasında yaşıl iqtisadiyyat, bərpa olunan enerji sahələrində, o cümlədən innovativ rəqəmsal aspektdən əlaqələri inkişaf etdirməklə bağlı ideyalar mövcuddur. “Bu çox perspektivli tərəfdaşlıqdır. Biz tərəfdaşlığımızın daha da güclənməsini gözləyirik. Hazırda növbəti 5 il üçün Azərbaycanla bağlı tərəfdaşlıq sazişini yekunlaşdırmaq üzrəyik. Biz bunu Ölkə Tərəfdaşlıq Çərçivə Sənədi adlandırırıq. Bu, təşkilatla Azərbaycan arasında əlaqələrin inkişafı baxımından ambisiyalı sənəd olacaq”,- deyə Dünya Bankının icraçı direktoru qeyd edib.
AZƏRTAC
ABB 12 ay faizsiz ödəniş imkanı yaradan “TamKart Max” kredit kartını təqdim etdi!