25 may 2024 14:19
367

Azərbaycanda mədən vergisi üzrə proqnoz cüzi artırılır

Azərbaycanın yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsinin gəlirlərinin 160 milyon manatının və yaxud 0,4 %-nin mədən vergisi üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır.

“İki sahil” xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 1,1 % və ya 1,7 milyon manat çoxdur.

Xatırladaq ki, Azərbaycanın yenidən baxılan 2024-cü il dövlət büdcəsinin gəlirləri ilə bağlı proqnoz 34 milyard 173 milyon manatdan 36 milyard 353 milyon manata, xərcləri ilə bağlı proqnoz isə 36 milyard 763 milyon manatdan 39 milyard 707,3 milyon manata çatdırılacaq.