Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcəsinin gəlirləri cari ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 2036,0 milyon manat və ya 16,9 faiz artaraq 14109,2 milyon manat məbləğində nəzərdə tutulur.
“İki sahil” Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, Dövlət Neft Fondunun büdcəsinin xərcləri 12866,7 milyon manat təşkil edəcəkdir. Bu da cari ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 4,7 milyon manat çoxdur.
ABB 12 ay faizsiz ödəniş imkanı yaradan “TamKart Max” kredit kartını təqdim etdi!