Mayın 29-da iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Lənkəran şəhəri, Lerik və Astara rayonlarından olan vətəndaşlarla görüşəcək.
Nazirlikdən “İki sahil”ə bildirilib ki, görüş saat 11:00-dan etibarən Lerik şəhəri, Arzuman Əsədullayev küçəsi 22 ünvanında Lerik rayon Mədəniyyət Mərkəzinin inzibati binasında keçiriləcək.
Görüşə gəlmək istəyən vətəndaşlar İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsində qeydiyyatdan keçməklə və ya "195-1" Çağrı Mərkəzinə zəng etməklə nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciət edə bilərlər.
Qeyri-neft ixracında yeni mərhələ: İqtisadi şaxələndirmə siyasəti real nəticələr verir
Əmtəə nişanlarından qanunsuz istifadənin qarşısının alınması ilə bağlı maarifləndirici görüş keçirilib