Bu ilin yanvar-mart aylarında Azərbaycan Qırğızıstandan 224,2 ton fındıq idxal edib.
“İki sahil” xəbər verir ki, bu barədə Qırğızıstan Milli Statsitika İdarəsi məlumat yayıb.
Hesabat dövründə Qırğızıstan ümumilikdə 13,5 min ton fındıq ixrac edib ki, bu da, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,4 dəfə çoxdur.
I rübdə Qırğızıstanın əsas fındıq alcıları Rusiya (4,8 min ton), Özbəkistan (2,5 min ton) və Çin (2,1 min ton) olub.
ABB 12 ay faizsiz ödəniş imkanı yaradan “TamKart Max” kredit kartını təqdim etdi!