“İki sahil” xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyev tərəfindən Azərbaycan-Tacikistan münasibətlərinin yüksək qiymətləndirilməsi ölkələrimiz və xalqlarımız arasında mövcud olan dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir: “Öz çıxışında Prezident İlham Əliyev vurğuladı ki, bu gün Azərbaycan ilə Tacikistan arasında mövcud olan qarşılıqlı əlaqələrin əsasında çoxəsrlik tarix boyu əməkdaşlıq etmiş, dost olmuş, birlikdə qurub-yaratmış xalqlarımızın iradəsi dayanır. Məhz bu zəmin əsasında formalaşan dövlətlərarası münasibətlər hazırda ən yüksək səviyyəyə çatıb. Dövlət başçımız bu günlərdə keçirilən Azərbaycanda Tacikistanın Mədəniyyət Günlərinin ikitərəfli münasibətlərin inkişafı və möhkəmlənməsi baxımından kəsb etdiyi əhəmiyyəti də qeyd edib. Aparılan müzakirələrdə nəqliyyat sektoru xüsusi diqqət mərkəzimizdə olub. Azərbaycan və Tacikistan Prezidentləri Orta Dəhlizi və onun bir hissəsi olan Transxəzər Nəqliyyat Dəhlizini Tacikistandan yükgöndərənlər üçün daha cəlbedici etmək məqsədilə logistika əlaqələrinə dair məsələləri ətraflı nəzərdən keçiriblər. Birmənalı olaraq demək olar ki, bu gün Azərbaycan-Tacikistan münasibətləri öz inkişafının yeni, daha yüksək mərhələsindədir və bu əlaqələr hər iki ölkənin milli maraqlarına xidmət edir”.
Hikmət Hacyev: ABŞ-dakı bütün dostlarımızı və həmkarlarımızı ürəkdən təbrik edirik
"Türk Dünyası Həftəsi"nin iştirakçıları qəbul etdikləri Xankəndi Bəyannaməsində İlham Əliyevə təşəkkür ediblər