26 may 2024 13:24
306

Prezident: Gürcüstanla birgə həyata keçirdiyimiz layihələr Avrasiya məkanında önəmli amil rolunu oynayır

Strateji əhəmiyyət daşıyan və birgə həyata keçirdiyimiz nəqliyyat, enerji və digər infrastruktur layihələri xalqlarımızın mənafelərinə xidmət etməklə yanaşı, daha geniş regionda – Avrasiya məkanında önəmli amil rolunu oynayır və əvəzolunmaz imkanlar açır.

“İki sahil” xəbər verir ki, bu, Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə bu ölkənin milli bayramı – Müstəqillik Günü münasibətilə ünvanladığı təbrikində əksini tapıb.

“Əminəm ki, xalqlarımızın rifahı, bölgəmizin sabitliyi və təhlükəsizliyi naminə Azərbaycan-Gürcüstan əlaqələrinin bütün sahələrdə genişləndirilməsi, birgə təşəbbüslərimizin reallaşdırılması, qarşılıqlı faydalı əməkdaşlığımızın və strateji tərəfdaşlığımızın daha da dərinləşdirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik”, - deyə dövlət başçısı vurğulayıb.