Bakıda Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) təşkilatçılığı ilə Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) inkişaf etməkdə olan ölkələrin milli standartlaşdırma qurumları üçün “Liderlik və İdarəetmə İnkişaf Proqramı” üzrə regional seminarı işə başlayıb.
“İki sahil” xəbər verir ki, seminarda Azərbaycanla yanaşı, Albaniya, Baham adaları, Burkina Faso, Beliz, Butan, Kolumbiya, Qana, Yunanıstan, Keniya, Monqolustan, Qətər, Ruanda, Səudiyyə Ərəbistanı, Yəmən və İsveçdən milli qurumların rəhbər heyətləri iştirak edir.
O cümlədən, tədbirə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini İlqar Həsənov, AZSTAND-ın müdiri İlham Bayramov, ISO-nun potensialın genişləndirilməsi üzrə şöbəsinin rəhbəri Erik Kiek qatılıb.
Qeyri-neft ixracında yeni mərhələ: İqtisadi şaxələndirmə siyasəti real nəticələr verir
Əmtəə nişanlarından qanunsuz istifadənin qarşısının alınması ilə bağlı maarifləndirici görüş keçirilib