Bizim qarşımızda duran əsas məsələlərdən biri ölkəmizdə istehsal edilən yaşıl enerjinin Avropa ölkələrinə ixracı üçün zəruri infrastrukturun qurulmasıdır.
“İki sahil” xəbər verir ki, bunu energetika nazirinin müavini Samir Vəliyev bu gün keçirilən COP29 və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində konfrans zamanı deyib.
O bildirib ki, hazırda 3 dəhliz üzərində iş aparılır: "Birinci istiqamət "Xəzər-Qara dəniz-Avropa" yaşıl enerji dəhlizi, ikinci istiqamət Zəngəzur dəhlizi, üçüncü istiqamət isə Mərkəzi Asiya ölkələrindən yaşıl enerji resurslarının Avropaya ixrac edilməsidir".
Qeyri-neft ixracında yeni mərhələ: İqtisadi şaxələndirmə siyasəti real nəticələr verir
Əmtəə nişanlarından qanunsuz istifadənin qarşısının alınması ilə bağlı maarifləndirici görüş keçirilib