Hazırda Azərbaycanda neft-qaz sektorunun gəlirlərdə payı 30 % təşkil edir.
“İki sahil” xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - "2024-cü il dövlət büdcəsi icrası haqqında" qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı bildirib.
"Neft-qaz hasilatı azalır və bunun nəticəsində neft-qaz sektorunun iqtisadiyyatda payının azalmasını, ortamüddətli dövrdə 22-25 %-ə enməsini proqnozlaşdırırıq", - deyə o qeyd edib.
Qeyri-neft ixracında yeni mərhələ: İqtisadi şaxələndirmə siyasəti real nəticələr verir
Əmtəə nişanlarından qanunsuz istifadənin qarşısının alınması ilə bağlı maarifləndirici görüş keçirilib