Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımova yeni müşavir təyin edilib.
"İki sahil" bu barədə AMB-yə istinadən xəbər verir.
Bununla da, müşavirlərin sayı 3-ə çatıb.
A.Bağırov 1988-ci ildə Bakıda anadan olub, 2010-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetini “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə bakalavr və 2014-cü ildə isə həmin universiteti eyni ixtisas üzrə magistr dərəcələri ilə bitirib.
O, əmək fəaliyyətinə 2011-ci ilin fevral ayından “Dəmir Bank” ASC-də İnformasiya Texnologiyaları departamentinin Dəstəkləmə və müşayiət şöbəsinin Beynəlxalq və kommunal ödəniş bölməsinin I dərəcəli proqramçısı vəzifəsi ilə başlayıb, 2014-cü ilin dekabr ayına qədər Bankın İnformasiya Texnologiyaları departamentinin HELP DESK bölməsində 1-ci dərəcəli mütəxəssis, mütəxəssis vəzifələrində işləyib. 2014-2017-ci illərdə “Express Bank” ASC-də İnformasiya Texnologiyaları departamentinin Texniki dəstək bölməsinin mütəxəssisi, 2017-2021-ci illərdə “PAŞA Bank” ASC-də Məlumat təhlükəsizliyi xidmətləri şöbəsində kiçik analitik, mütəxəssis olub, 2021-2023-cü illərdə Bankın Təhlükəsizlik blokunun Məlumat təhlükəsizliyi xidmətləri şöbəsinin rəhbəri vəzifəsini icra edib, 2023-cü ilin oktyabr ayından indiyə qədər AMB sədrinin ofisi şöbəsində məsləhətçi olub.
Evlidir, bir övladı var.
Qeyri-neft ixracında yeni mərhələ: İqtisadi şaxələndirmə siyasəti real nəticələr verir
Əmtəə nişanlarından qanunsuz istifadənin qarşısının alınması ilə bağlı maarifləndirici görüş keçirilib
Aqrar Sığorta Fondu Xaçmaz və Xızıda təsərrüfatlara dəymiş zərərlərə üzrə sığorta ödənişləri həyata keçirib