Rusiyanın “Azimut” aviaşirkəti iyunun 13-dən Mineralnıye Vodı – Gəncə istiqamətində uçuşlara başlayacaq.
“İki sahil” xəbər verir ki, bu barədə Stavropol diyarının qubernatoru Vladimir Vladimirov sosial şəbəkələrdə yazıb.
“Stavropol diyarında hava əlaqələrinin coğrafiyasını genişləndiririk. Biz Mineralnıye Vodı hava limanından yeni marşrut açırıq. İyunun 13-dən etibarən Azərbaycanın ən böyük şəhərlərindən biri olan Gəncəyə “Azimut” Hava Yollarının həftəlik birbaşa reysi başlayacaq”, - o bidirib.
Qubernator qeyd edib ki, bu, Stavropol səyahətçiləri və sahibkarları üçün logistikanı daha rahat edəcək, həmçinin buraya turist axınının artmasına töhfə verəcək.
Qeyri-neft ixracında yeni mərhələ: İqtisadi şaxələndirmə siyasəti real nəticələr verir
Əmtəə nişanlarından qanunsuz istifadənin qarşısının alınması ilə bağlı maarifləndirici görüş keçirilib
Aqrar Sığorta Fondu Xaçmaz və Xızıda təsərrüfatlara dəymiş zərərlərə üzrə sığorta ödənişləri həyata keçirib