Bu ilin yanvar-mart aylarında Azərbaycandan Türkiyəyə ümumilikdə 2 milyard 674,43 milyon kubmetr təbii qaz ixrac edilib.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.
Məlumata görə, bu, 2023-cü ilin ilk rübü ilə müqayisədə 2,06 % çoxdur.
Bu ilin mart ayında Azərbaycan Türkiyəyə 1 milyard 20,93 milyon kubmetr təbii qaz ixrac edib. Bu, 2023-cü ilin mart ayı ilə müqayisədə 10,63 % çoxdur.
Bununla da martda Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən ikinci ölkə olub. Türkiyənin ümumilikdə idxal etdiyi təbii qazın 23,64 %-i Azərbaycanın payına düşüb.
Xatırladaq ki, ötən ilin mart ayında Türkiyə Azərbaycandan 922,81 milyon kubmetr təbii qaz idxal edib.
Ümumilikdə isə martda Türkiyə ümumilikdə 4 milyard 317,70 milyon kubmetr həcmində təbii qaz idxal edib ki, bu da 2023-cü ilin eyni ayının göstəricisi ilə müqayisədə 5,27 % azdır.
Martda Rusiya Türkiyəyə qaz ixracına görə birinci olub. İlin 3-cü ayında Rusiyadan Türkiyəyə 1 milyard 806,83 milyon kubmetr təbii qaz ixrac olunub. Bu, 2023-cü ilin mart ayı ilə müqayisədə 33,48 % çoxdur.
Martda üçüncü yerdə Əlcəzair qərarlaşıb. Bu ölkə martda Türkiyəyə 518,76 milyon kubmetr qaz nəql edib. Bu, 2023-cü ilin üçüncü ayı ilə müqayisədə 0,63 % azdır.
Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.
Qeyri-neft ixracında yeni mərhələ: İqtisadi şaxələndirmə siyasəti real nəticələr verir
Əmtəə nişanlarından qanunsuz istifadənin qarşısının alınması ilə bağlı maarifləndirici görüş keçirilib
Aqrar Sığorta Fondu Xaçmaz və Xızıda təsərrüfatlara dəymiş zərərlərə üzrə sığorta ödənişləri həyata keçirib