Azərbaycan Mərkəzi Bankı 6 fiziki şəxsə sığorta agenti və 1 hüquqi şəxsə ("Sizin Sığorta Brokeri" MMC) sığorta brokeri fəaliyyətinə verdiyi lisenziyaların qüvvəsini bərpa edib.
“İki sahil” bu barədə tənzimləyici quruma istinadən xəbər verir.
Məlumata görə, bununla bağlı qərar mayın 27-də "Sığorta fəaliyyəti haqqında” qanuna əsasən qəbul olunub. Səbəb sığorta vasitəçilərinin lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən halları aradan qaldırmasıdır.
ABB 12 ay faizsiz ödəniş imkanı yaradan “TamKart Max” kredit kartını təqdim etdi!