"Azərbaycan Banklar Assosiasiyası" və "Azərbaycan Hakimlər İttifaqı" İctimai Birlikləri arasında əməkdaşlıq memorandumu imzalanıb.
“İki sahil” xəbər verir ki, sənədi Assosiasiyanın sədri Zakir Nuriyev və ittifaqın sədri Ramiz Rzayev imzalayıb.
Memorandum ikitərəfli əlaqələrin genişləndirilməsini və möhkəmləndirilməsini nəzərdə tutur.
"Memorandumun imzalanmasında məqsəd tərəflər arasında qarşılıqlı əməkdaşlığın qurulması istiqamətində fəaliyyət, bank sahəsində məhkəmə təcrübəsinin daha da təkmilləşdirilməsi və inkişaf etdirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi və ictimaiyyətin bank sahəsi ilə bağlı hüquqi maarifləndirilməsinə dəstək göstərməkdir", - deyə Z.Nuriyev qeyd edib.