Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) növbəti toplantısı 2025-ci ildə Özbəkistanda keçiriləcək.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, gələn il Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasına rəhbərlik Türkiyəyə keçəcək: "Şuraya üzv ölkələr olaraq qiymətləndirmə sektoru ilə bağlı problemləri müzakirə edəcəyik. Həmçinin həllini tapmalı bir sıra texniki məsələlər var ki, bunların da həllini tapması istiqamətində işlər görülür".
ABB 12 ay faizsiz ödəniş imkanı yaradan “TamKart Max” kredit kartını təqdim etdi!