12 iyun 2024 16:51
443

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib

İyunun 13-14-də əsasən dağlıq və dağətəyi rayonlarda gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı xəbərdarlıq edilib.

“İki sahil” Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata istinadən xəbər verir ki, sinoptiklərin məlumatına görə, Naxçıvan MR, Gəncə, Göygöl, Goranboy, Tərtər, Bərdə, Ağdam, Ağdərə, Mingəçevir, Yevlax, Xızı, Şabran, Siyəzən, Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Qax, Şəki, Zaqatala, Balakəndə sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir 13.9-20.7 m/san təşkil edəcək.