12 iyun 2024 21:49
511

Şəhid ailəsi ziyarət edilib

Milli Məclisin deputatı Səbinə Xasayeva YAP Qaradağ rayon təşkilatının  sədri Qafar Əliyevlə birğə Qurban bayramı ərəfəsində Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda  gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş gizir İsmayılzadə Səməndər Vahid oğlunun anası Fəridə İsmayılovanı iyunun 12-də ziyarət edərək onun problem və qayğıları ilə maraqlanıblar, ailələyə bayram sovqatı təqdim ediblər. 

“İki sahil” xəbər verir ki, şəhidin  anası  Fəridə İsmayılzadə şəhid ailələrinə  göstərilən diqqət və qayğıya görə, eləcə də şəhid adının daim uca tutulması üçün görülmüş işlər ilə əlaqədar Ali Baş Komandan, Prezident cənab İlham Əliyevə dərin minnətdarlığını bildirib.