13 iyun 2024 09:16
498

Bakıda yeniyetmə yol-nəqliyyat hadisəsində xəsarət alıb

Bakıda 12 yaşlı yeniyetmənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“İki sahil” xəbər verir ki, Xətai rayonunda 2012-ci il təvəllüdlü Ağayev Mirisa Mirsəfər oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.