Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
“İki sahil” xəbər verir ki, hadisə köhnə Ələt- Astara avtomobil yolunun rayonun Qarazəncir kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Ford"markalı mikroavtobus ilə "VAZ-2106" markalı avtomobilin toqquşub. Hadisə nəticəsində 3 nəfər xəsarət alıb.
Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Mikroavtobusda olan sərnişinlərin toydan qayıtdıqları bildirilir.
Faktla bağlı araşdırma aparılır.