13 iyun 2024 10:47
384

Xəstəlikdən əziyyət çəkənlər ziyarət edilib

Milli Məclisin deputatı Səbinə Xasayeva YAP Qaradağ rayon təşkilatının  sədri Qafar Əliyevlə birğə  Milli Qurtuluş Günü və Qurban bayramı ərəfəsində uzun müddət xəstəlikdən əziyyət çəkən Hüseynov Mehman Hüseyn oğlunu və  Məmmədov Aydın Vüqar oğlunu Qaradağ rayonunun Lökbatan qəsəbəsində ziyarət edərək  onların problem və qayğıları ilə maraqlanıblar, ailələrə bayram sovqatı təqdim ediblər. 

“İki sahil” xəbər verir ki, xəstələrin ailə üzvləri göstərilən diqqət və qayğıya görə dərin təşəkkürlərini  bildiriblər.