18 iyun 2024 12:57
274

Polşada selfi çəkdirən britaniyalı turistlər cərimələniblər

Polşa sərhədçiləri Rusiya Federasiyasının Kalininqrad vilayəti ilə sərhəddə selfi çəkdirdikləri üçün iki britaniyalı turisti cərimələyib.

“İki sahil” xəbər verir ki, bu barədə Polşa Sərhəd Xidməti məlumat yayıb.

“Böyük Britaniya vətəndaşları qonşu tərəfin şəklini çəkdiklərinə görə 100 zloti cərimə alıblar”, - deyə məlumatda bildirilir.

Departamentin məlumatına görə, hadisə Varmiya-Masuriya Voyevodalığının Sienpopol kəndi ərazisində baş verib və kameralar tərəfindən qeydə alınıb. Bundan sonra Polşa sərhədçilərinin patrulu ingilisləri dayandırıb və onların hər birinə cərimə kəsib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”