18 iyun 2024 14:00
342

Almaniya “Frankenstein” hava hücumundan müdafiə tanklarını Ukraynaya təhvil verəcək

Alman silah istehsalçısı “Rheinmetall” Rusiya raketləri və pilotsuz təyyarə dəstələri ilə mübarizə aparmaq üçün gövdələrinə ən müasir silahlar quraşdırılmış “Frankenstein” hava hücumundan müdafiə tanklarını Ukraynaya təhvil verəcək.

“İki sahil” xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

Qeyd edilib ki, Rusiya pilotsuz təyyarələri və raketlərini vurmaq üçün nəzərdə tutulmuş yeni “Frankenstein” hava hücumundan müdafiə tankı Ukraynaya Almaniyanın yüksək səviyyəli silah şirkəti tərəfindən tədarük ediləcək.

Məlumata görə, Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün “Leopard-1”in gövdəsinə “Skyranger” zenit sistemi quraşdırılacaq.

Məhərrəm Ağalaroğlu, “İki sahil”