Avropa İttifaqında yeraltı qaz anbarlarının dolumluluq səviyyəsi 90%-ə yaxınlaşıb.
Bu barədə “İki sahil” Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasına (Gas Infrastructure Europe, GIE) istinadən xəbər verir.
Məlumata görə, Aİ ölkələrində anbarların dolumluluq səviyyəsi 89,77% təşkil edir, bu da son beş il ərzində bu tarix üçün orta göstəricidən 8,09 faiz bəndi çoxdur.
Qeyd olunur ki, hazırda anbarlardakı qazın ümumi həcmi 98,9 mlrd. Kubmetr təşkil edir.
SOCAR “Günəşli” yatağının dayazsulu hissəsində 3D OBN seysmik tədqiqatını tamamlayıb
ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysləri istifadəyə verir: Gündə 4 reys həyata keçiriləcək