22 avqust 2024 12:43
415

Mikayıl Cabbarov: Yaxın vaxtlarda Xankəndidə tekstil istehsalı müəssisəsi açılacaq

Yaxın vaxtlarda Xankəndi şəhərində tekstil istehsalı müəssisəsinin açılması gözlənilir.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Daşkənddə keçirilən özbək-azərbaycan biznes forumu zamanı bildirib.

“Yaxın zamanda Xankəndi şəhərində tekstil istehsalı müəssisəsinin açılması gözlənilir. Bu investisiya layihəsi özbək şirkəti tərəfindən həyata keçirilir,” - deyə nazir vurğulayıb.

Nazir, həmçinin, Azərbaycan və Özbəkistan iqtisadiyyatlarının sürətlə inkişaf etdiyini qeyd edib.

“Azərbaycan sahibkarlarının Özbəkistanda aktiv fəaliyyətə marağının əhəmiyyətli dərəcədə artdığını müşahidə edirik. Qarşılıqlı maraq özbək biznesmenləri tərəfindən də artır ki, bu da bizi çox sevindirir. Əvvəlki illərdə vurğuladığımız kimi, indi bizim birgə emissiya alətimiz var və inanıram ki, zaman keçdikcə onun müsbət təsirini daha çox görəcəyik,” - deyə o əlavə edib.