22 avqust 2024 13:39
221

7 ayda kafe və restoranlar 828 milyon manat gəlir əldə ediblər

2024-cü ilin yanvar-iyul aylarında ictimai iaşə dövriyyəsinin həcmi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,2% artaraq 828 milyon manat olub.

Bu barədə “İki sahil”ə Bakı şəhər Statistika İdarəsindən bildirilib.

Qeyd edilib ki, hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 501,9 milyon manat olub ki, bu da ümumi dövriyyənin 60,6%-ni təşkil edib.

Xatırladaq ki, 2024-cü ilin yanvar-iyul aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,2% artaraq 1 milyard 244,6 milyon manat olub.