22 avqust 2024 14:25
357

Bakıda hüquqi şəxslərin əhaliyə göstərdiyi xidmətin dəyəri 4 milyard manata yaxınlaşır

Cari ilin yanvar-iyul aylarında paytaxt əhalisinə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8 faiz artaraq 4118,7 milyon manat olub.

“İki sahil” xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.

Bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 3937,3 milyon manatlıq xidmət göstərilib.

Bu, xidmətlərin ümumi dəyərinin 95,6 faizini təşkil edib.