Bu ilin I yarısında Azərbaycan Mərkəzi Bankı (AMB) 18 yoxlama və 47 nəzarət tədbiri həyata keçirib.
"İki sahil” bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, 6 ayda Mərkəzi Bank maliyyə sektoruna 135,609 min manat cərimə və maliyyə sanksiyası tətbiq edib.
Hesabat dövründə AMB maliyyə sektorunda 37 lisenziyanın ləğvi, dayandırılması və ya məhdudlaşdırılması ilə bağlı tədbir görüb. Belə ki, 6 ayda 28 fiziki və 2 hüquqi şəxs sığorta agentlərinin lisenziyası dayandırılıb, 6 fizki şəxs və 1 müstəsna hüquqi şəxs sığorta agentinin lisenziyası isə ləğv edilib.
SOCAR “Günəşli” yatağının dayazsulu hissəsində 3D OBN seysmik tədqiqatını tamamlayıb
ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysləri istifadəyə verir: Gündə 4 reys həyata keçiriləcək
Azərbaycan Hava Yolları daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib
Mikayıl Cabbarov: Cənubi Qafqazda sülh region üçün yeni iqtisadi imkanlar açıb