2024-cü il avqust ayının 1-nə Azərbaycanda fiziki və hüquqi şəxslərin ümumi depozit portfeli (maliyyə institutları istisna olmaqla) 34 milyard 381.3 milyon manat təşkil edib.
"İki sahil” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu göstəricinin həcmi cari ilin iyul ayının 1-i ilə müqayisədə 2.3% və ya 803.7 milyon manat azalıb.
Qeyd edək ki, ötən ay fiziki şəxslərin depozitləri əvvəlki ayla müqayisədə 219.3 milyon manat azalaraq 13 milyard 661 milyon manat, hüquqi şəxslərin depozitləri isə 584.5 milyon manat azalaraq 20 milyard 720.3 milyon manat təşkil edib.
Xatırladaq ki, iyul ayında bank sektorunun cəmi aktivləri 50 milyard 328.1 milyon manatdan 1 milyard 238.8 milyon manat azalaraq 49 milyard 89.3 milyon manata enib.
SOCAR “Günəşli” yatağının dayazsulu hissəsində 3D OBN seysmik tədqiqatını tamamlayıb
ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysləri istifadəyə verir: Gündə 4 reys həyata keçiriləcək
Azərbaycan Hava Yolları daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib
Mikayıl Cabbarov: Cənubi Qafqazda sülh region üçün yeni iqtisadi imkanlar açıb