Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə bu gün 7 layihəyə start verildi.
“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev bildirib.
Yusif Abdullayev deyib ki, Azərbaycan investisiyası ilə Özbəkistanda 3, Özbəkistan investisiyası ilə Azərbaycanda 4 layihə həyata keçiriləcək: “Ən böyük layihə Azərbaycan tərəfindən Daşkəndin mərkəzində beş ulduzlu otel tikilməsi ilə bağlıdır. Artıq sentyabr ayından otelin tikintisinə start veriləcək. Eyni zamanda, Daşkəndin mərkəzində böyük yaşayış kompleksi inşa olunacaq. Özbəkistanın bir bölgəsində isə Azərbaycan şirkəti sənaye istehsalını quracaq".
Yusif Abdullayev nəzərə çatdırıb ki, Özbəkistan investisiyası ilə Azərbaycanda tekstil müəssisələri yaradılacaq: “İmişlidə, Yevlaxda, Xankəndində tekstillə bağlı layihələr həyata keçiriləcək”.
SOCAR “Günəşli” yatağının dayazsulu hissəsində 3D OBN seysmik tədqiqatını tamamlayıb
ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysləri istifadəyə verir: Gündə 4 reys həyata keçiriləcək
Azərbaycan Hava Yolları daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib
Mikayıl Cabbarov: Cənubi Qafqazda sülh region üçün yeni iqtisadi imkanlar açıb