Bu ilin yanvar-iyul aylarında Azərbaycanda hava nəqliyyatı ilə 2 milyard 224 milyon 517 min ABŞ dolları dəyərində 71 min 321 ton yükün daşınması üzrə idxal-ixrac əməliyyatları həyata keçirilib.
“İki sahil” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,2 dəfə və 34,9 % çoxdur.
7 ay ərzində hava nəqliyyatı ilə 2 milyard 45 milyon 112 min ABŞ dolları (2,4 dəfə çox) dəyərində 7 411 ton (17,4 % çox) yük idxal edilib, 179 milyon 404 min ABŞ dolları (0,5 % az) dəyərində 63 min 910 ton (37,3 % çox) yük ixrac edilib.
SOCAR “Günəşli” yatağının dayazsulu hissəsində 3D OBN seysmik tədqiqatını tamamlayıb
ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysləri istifadəyə verir: Gündə 4 reys həyata keçiriləcək
Azərbaycan Hava Yolları daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib
Mikayıl Cabbarov: Cənubi Qafqazda sülh region üçün yeni iqtisadi imkanlar açıb