"Növbədənkənar parlament seçkilərinin yüksək səviyyədə keçirilməsi üçün bütün zəruri təşkilati işlər görülüb, məntəqələr lazımi ləvazimatlarla təmin olunub. Səsverənlərin bir-birinə mane olmaması üçün giriş və çıxışı da ayırmışıq".
“İki sahil” xəbər verir ki, bu sözləri 22 saylı Nəsimi-Yasamal seçki dairəsinin 17 saylı seçki məntəqəsinin sədri Hökümə Camalova söyləyib.
Onun sözlərinə görə, bu məntəqə üzrə qeydə alınan 1256 seçicinin 400 nəfərdən çoxu artıq öz namizədini seçib: "Vətəndaşlar sərbəst və rahat şəkildə layiq bildikləri namizədlərə səs verirlər. Hətta isti hava şəraitinə baxmayaraq, seçici fəallığı müşahidə olunur. Əvvəlki illərə nisbətən vətəndaşlarımız səsvermə hüququndan daha aktiv istifadə edirlər. Fevralın 7-də keçirilmiş prezident seçkilərində də buna şahid olduq. Bu xalqın nümayəndəsi olaraq sevinirəm ki, əhali səsvermə hüququnu artıq daha yaxşı dərk edir".
Ağdamın Xıdırlı və Kəngərli kəndlərinin sakinlərinə səyyar tibbi xidmət göstərilib