Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin nəticələri şəxsi səhifələrə göndərilib.
Bu barədə "İki sahil"ə Təhsil İnstitundan məlumat verilib.
Bildirilib ki, avqustun 27-də təşkil olunan prosesin sənəd yoxlanışı mərhələsinə 140 nəfər müəllim dəvət olunub.
Onlardan 112 nəfər iş yerini qarşılıqlı olaraq dəyişmək imkanı əldə edib.
Ağdamın Xıdırlı və Kəngərli kəndlərinin sakinlərinə səyyar tibbi xidmət göstərilib