Sentyabrın 6-da saat 06:00-dan etibarən Bakının 8 Noyabr prospektində (Ramiz Quliyev küçəsindən Zığ dairəsi istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
"İki sahil" bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.
"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur",- deyə məlumatda qeyd edilib.
BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı ali məktəbə qəbul olunub
FHN 2 saylı Sumqayıt “ASAN xidmət” mərkəzində təlim keçirib (video, foto) VİDEO