Nəsimi rayonu ərazisində yerləşən evlərin birindən oğurluq olub.
Bu barədə "İki sahil"ə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Polisə müraciət edən qadın evindən içərisində 6500 manat pul və sənədi olan çantasının oğurlandığını bildirib.
Bildirilib ki, Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş N.Bəkirov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı ali məktəbə qəbul olunub
FHN 2 saylı Sumqayıt “ASAN xidmət” mərkəzində təlim keçirib (video, foto) VİDEO