21 sentyabr 2024 09:06
130

Ərdoğanın vəzifəsini müvəqqəti olaraq Cevdet Yılmaz icra edəcək

Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğanın vəzifəsini müvəqqəti olaraq vitse-prezident Cevdet Yılmaz icra edəcək.

“İki sahil” xəbər verir ki, dövlət başçısının bu barədə qərarı “Rəsmi qəzet”də dərc olunub. Bildirilib ki, buna səbəb R.T.Ərdoğanın ABŞ-a səfəridir.

Qeyd olunub ki, prezidentin sentyabrın 21-dən 26-dək davam edən səfəri ilə əlaqədər Türkiyə konstitusiyasının106-cı maddəsinə uyğun olaraq prezidentin vəzifələrini vitse-prezident icra edəcək.