21 sentyabr 2024 10:42
123

Bu gün İstanbul derbisi keçiriləcək

Bu gün Türkiyə Superliqasında VI turun mərkəzi görüşü keçiriləcək.

“İki sahil” xəbər verir ki, prinsipial oyunda “Fənərbağça” və “Qalatasaray” komandaları üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Matçı Atilla Karaoğlan idarə edəcək.

“Qalatasaray” hazırda 15 xalla turnir cədvəlinə başçılıq edir. “Fənərbağça” isə 13 xalla 2-ci pillədə qərarlaşıb.