21 sentyabr 2024 13:08
92

Salomon Kalu karyerasını bərpa edib

İngiltərənin "Çelsi" və Fil Dişi Sahilinin sabiq hücumçusu Salomon Kalu karyerasını bərpa edib.

"İki sahil" "Koaci"yə istinadən xəbər verir ki, 39 yaşlı forvard ölkəsində "Qaqnoa" klubu ilə anlaşıb. O, yeni klubunda həm də direktor vəzifəsini tutacaq.

Qeyd edək ki, S.Kalu karyerası ərzində Niderlandın "Feyenoord", İngiltərənin "Çelsi", Fransanın "Lill", Almaniyanın "Herta" və Portuqaliyanın "Botafoqo" klublarında forma geyinib. O, Fil Dişi Sahili millisində meydana çıxdığı 97 oyunda 28 qol vurub.