21 sentyabr 2024 14:52
88

Ərdoğan: Bölgə izahı mümkün olmayan böyük böhranlarla üz-üzədir

İsrailin Livana son hücumlar İsrail administrasiyasının müharibəni bölgəyə yaymaq planları ilə bağlı narahatlığımızı əsaslandırdı.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 79-cu iclasında iştirak etmək üçün ABŞ-a yola düşməzdən əvvəl Atatürk Hava Limanında mətbuat konfransında bildirib. “Bölgə izahı mümkün olmayan böyük böhranlarla üz-üzədir. Livana hücumlar İsrailin müharibəni bölgəyə yaymaq məqsədini nümayiş etdirdi. Bölgəmizin daha pis vəziyyətlərə sürüklənməsinin qarşısını almaq üçün İsrailə təzyiqi artırmaq lazımdır” - deyə Ərdoğan bildirib.

Qeyd edək ki, Ərdoğan danışıqların ilk günü, sentyabrın 24-də BMT Baş Assambleyasında çıxış edəcəyini bildirib ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 79-cu iclasında iştirak etmək üçün ABŞ-a yola düşməzdən əvvəl Atatürk Hava Limanında mətbuat konfransında bildirib.