21 sentyabr 2024 16:46
82

Putindən Paşinyana təbrik

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyana Ermənistanın Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.

“İki sahil” xəbər verir ki,  bu barədə Ermənistan mediası məlumat yayıb.

“Dost, müttəfiq Rusiya-Ermənistan münasibətlərinin, o cümlədən ümumi inteqrasiya birlikləri çərçivəsində konstruktiv qarşılıqlı fəaliyyətin gələcək inkişafı, şübhəsiz ki, xalqlarımızın fundamental maraqlarına cavab verir. Sizə cansağlığı və uğurlar, Ermənistanın bütün vətəndaşlarına isə xoşbəxtlik və firavanlıq arzulayıram”, - deyə məktubda bildirilir.