22 sentyabr 2024 10:01
88

Tramp prezident olarsa nə edəcəyini açıqlayıb

"Washington Post" nəşri Donald Trampın mümkün prezidentliyinin ilk günündə həyata keçirmək istədiyi konkret vədlərin sayını hesablayıb.

“İki sahil” xəbər verir ki, nəşrin məlumatına görə, Tramp artıq 41 belə vəd verib.

Qəzet yazır ki, seçki kampaniyası zamanı ABŞ prezidentliyinə namizəd Tramp prezident kimi ilk iş günündə müəyyən addımlar atmaq vədlərini 200-dən çox dəfə dilə gətirib.

Bu vədlərdən bəzilərinin hətta qeyri-real olduğu bildirilir.